“Zirə”nin 4 cü mükafatı

26.04.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının daha bir mükafatçısı bəlli olub.

Sportal.az xəbər verir ki, “Qarabağ”ın ardından “Zirə” də “üçlük”də yerini təmin edib.

Buna XXXII turun “Turan Tovuz” – “Şamaxı” oyunu səbəb olub. 1:1 hesablı bərabərlikdən sonra “Zirə” mükafatlardan birini qazanıb. Rəşad Sadıqovun yetirmələrinin 61, 4-cü olan Tovuz təmsilçisinin 49 xalı var və sonuncular qələbə sayında rəqibinə çatmaq imkanına itirib.

Bu, Bakı klubunun 4-cü mükafatıdır. 2015/16 və 2024/25 mövsümlərində gümüş, 2022/23 mövsümündə bürünc qazanan “Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью