futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Zirə” Premyer Liqanın XVIII turunda bu gün “Sabah”ı qəbul edəcək.
Futbolpress.az-ın məlumatına görə, “qartallar” matça itki ilə çıxacaq. Cinah oyunçusu İssa Cibrilla zədə səbəbindən “Sabah”la oyunda iştirak etməyəcək.
30 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 10 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
“Zirə” – “Sabah” oyunu saat 17:00-da start götürəcək.