“Zirə”nin avrokubok oyunu 5 manata

06.07.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Torpedo” (Gürcüstan) oyununun biletləri iyulun 7-də, saat 12:00-da satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20, və 50 manat təşkil edir.

Azarkeşlər biletləri “Zirə İdman Kompleksi”ndə və “Azfar”ın “Baku Arena” filialında əldə edə bilərlər.

“Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью