“Zirə”nin azarkeşləri hakimə hücum edib

07.05.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA “Zirə”yə xəbərdarlıq edib.

İdman.biz xəbər verir ki, buna U-15 Liqasında keçirilən “Neftçi” – “Zirə” oyunu bitdikdən sonra baş verənlər səbəb olub.

“Zirə”nin baş məşqçisi Natiq Kərimi meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıllb. Buna görə də çalışdırıcı 2 oyun cəzalanıb.
“Zirə”nin azarkeşləri hakimlərin üzərinə hücum çəkib, onların ünvanına təhqiredici ifadələr səsləndirildiblər. Buna görə qəsəbə təmsilçisinə xəbərdarlıq edilib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью