“Zirə”nin ev sindromu İdman və Biz

18.01.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XIX turunun ikinci gününə “Zirə” – “Araz-Naxçıvan” oyunu ilə start veriləcək.

İdman.biz xəbər verir ki, komandalar ölkə çempionatları tarixində 7-ci dəfə üz-üzə gələcək.

Əvvəlki 6 oyunda üstünlük Naxçıvan klubunun tərəfindədir. 3 qələbəsi olan bölgə təmsilçisi 2 heç-heçə edib və 1 dəfə uduzub. Top fərqində isə bərabərlik hökm sürür – 4-4.

Öz meydanında qələbəsi olmayan “Zirə” evdə qol da vurmayıb. Son 5 qarşılaşmada qonaq olan komanda uduzmayıb.

01.10.2023

Araz-Naxçıvan - Zirə (Bakı)

1:0

09.12.2023

Zirə (Bakı) - Araz-Naxçıvan

0:0

25.02.2024

Araz-Naxçıvan - Zirə (Bakı)

0:3

29.04.2024

Zirə (Bakı) - Araz-Naxçıvan

0:1

26.10.2024

Araz-Naxçıvan - Zirə (Bakı)

1:1

06.11.2024

Zirə (Bakı) - Araz-Naxçıvan

0:1

Qeyd edək ki, matç saat 16:00-da başlayacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью