Zirənin forvardı bunu bacaran 41ci futbolçu oldu

02.12.2024

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Davit Volkov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. Sport24.az xəbər verir ki, "Zirə"nin futbolçusu Misli Premyer Liqasının XV turunun "Sumqayıt"la görüşündə (4:1) het-trikə imza atıb. Onun matçdakı son topu yubiley – 50-ci olub.

Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, "Zirə"də 27, "Sabah"da 16, "Qəbələ"də 7 qola imza atıb.

Qeyd edək ki, Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью