“Zirə”nin futbolçusu: “Çiynim çıxmışdı, amma əməliyyata ehtiyac olmadı

13.02.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Çiynim çıxmışdı, amma əməliyyata ehtiyac olmadı.

Bunu “Report”a açıqlamasında Misli Premyer Liqasının XXII turunda “Neftçi” ilə keçirilən matçda zədələnən “Zirə”nin futbolçusu Ceyhun Nuriyev deyib.

23 yaşlı yarımmüdafiəçi bir neçə həftəlik müalicə ilə kifayətlənəcəyini söyləyib:

“Çiynim çıxmışdı, amma əməliyyata ehtiyac olmadı. Oyundan sonra xəstəxanaya getdim və çiynim yerinə salındı. Təxminən 2-3 həftə müalicə olunacağam. Zədəm o qədər də ciddi deyil”.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə "Zirə" “Neftçi”yə 1:2 hesabı ilə məğlub olub. Qarşılaşmanın 12-ci dəqiqəsində zədələnən C.Nuriyev Məqsəd İsayevlə əvəzlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью