“Zirə”nin futbolçusu Kiyev “Dinamo”sunun hədəfində

03.02.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Zirə”nin futbolçusu Salifu Suma Kiyev “Dinamo”sunun maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, Ukrayna nəhəngi 21 yaşlı qvineyalı hücumçunu transfer etmək istəyir.

“Dinamo”nun keçid üçün 800 min avrodan 1 milyona qədər ödəyəcək. Transferin yaxın müddətdə gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin yayında “Havr”dan “Zirə”yə keçən Suma cari mövsümün 23 matçında 4 qol vurub. İki gün əvvəl Bakı klubu ilə yeni müqavilə imzalayan forvardın anlaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью