Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Zirə”nin futbolçusu Ange Mutsinzi Ruanda millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.
Ruanda D qrupunun 5-ci turunda Liviya (14 noyabr), 6-cı turunda isə Nigeriya (18 noyabr) ilə qarşılaşacaq.
Ruanda millisi 4 turdan sonra 5 xalla 3-cü pillədə qərarlaşıb. Nigeriya 10 xalla liderdir.