“Zirə”nin futbolçusu Spartak və Fənərbaxça nın hədəfində

28.04.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Zirə”nin futbolçusu Salifu Suma Rusiya klublarının maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, qonşu ölkə mətbuatında "Spartak"ın qvineyalı hücumçunu heyətinə qatmaq istədiyi xəbəri yayılıb.

Bundan əvvəl “Lokomotiv”in Sumanı transfer etmək istədiyi bildirilmişdi. Moskva təmsiçilərinin Salifuya görə 800 min avro ödəmək istədikləri yazılıb.

"Zirə" ilə 2027-ci ilin yayına kimi müqaviləsi olan 21 yaşlı futbolçu ilə Kiyev "Dinamo"su və "Fənərbaxça"nın maraqlaması ilə informasiyalar var. Bolqarıstan klublarından isə "Ludoqorets" və ÇSKA onu heyətində görmək istəyir.

Qeyd edək ki, Salifu bu mövsümdə bütün turnirlərdə 37 oyunda 11 qol vurub, 6 ötürmə verib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью