Zirənin futbolçusu zədə səbəbindən ilin sonunadək meydana çıxmayacaq

05.12.2024

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının XV turunda "Sumqayıt"la keçirilən oyunda zədələnən "Zirə"nin futbolçusu Rafael Utziq ilin sonunadək meydana çıxmayacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə klubun mətbut xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

Klub rəsmisi braziliyalı hücumçunun durumu barədə danışıb:

"Müayinədən sonra futbolçunun cari ili başa vurduğu məlum olub. Lakin hadisələr müsbət yöndə cərəyan edərsə, Utziq ilin sonunda 1 görüşdə meydana çıxa bilər. Amma bu ehtimal olduqca aşağıdır".

Qeyd edək ki, Rafael Utziq "Sumqayıt"a qalib gəldikləri (4:1) oyunun 22-ci dəqiqəsində zədələndiyi üçün Eldar Quliyevlə əvəzlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью