“Zirə”nin futbolçusuna ağır cəza

12.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyunu bitdikdən sonra “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Zirə-2” komandası 300 manat cərimə edilir (maddə 43.3);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olduğuna görə “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilir (hesab 0:3 saxlanılır), “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 61.6).

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: lider dəyişdi, autsayder dəyişmədi

10 Dekabr 2024, 10:36

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Zirə”li: “Hədəfimiz hər iki cəbhədə uğurlu olmaqdır”

3 Dekabr 2024, 10:00

Əsas xəbərlər, Manşet, Premyer liqa Favoritlər büdrəmədi, “zirzəmi”də dəyişiklik

2 Dekabr 2024, 10:11

Əsas xəbərlər, Premyer liqa Volkov üçün yubiley qolu

2 Dekabr 2024, 9:47

Əsas xəbərlər, Ölkə futbolu Rəşad Sadıqov: “Müasir futbolda mövqe hücumundan qol vurmaq çətindir”

30 Noyabr 2024, 19:51

Əsas xəbərlər “Zirə” ilə “Kəpəz” qələbə qazandı

30 Noyabr 2024, 18:51

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью