Zirənin hücumçusu 1/8 final matçını buraxacaq

04.12.2024

Apasport saytına istinadən Icma.az xəbər verir.

“Zirə” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin hücumçusu Rafael Utziq zədə səbəbindən Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şamaxı” və Misli Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə qarşılaşmalarını buraxacaq.

Onun müalicəsi yaxşı alınarsa, braziliyalı forvard ikinci dövrənin son iki turunda “Turan-Tovuz” və “Səbail”ə qarşı oynaya biləcək. Qeyd edək ki, XV turun “Sumqayıt”la oyununda zədə aldığı üçün Utziq 27-ci dəqiqədə meydanı tərk edib. Komandanın kapitanı Qismət Əliyev üçün isə il başa çatıb.

Məşqdə zədələnmiş müdafiəçi komandaya bir də gələn il kömək olacaq.

Şahruddin Məhəmmədəliyev 4 ay sonra əsas heyətdə “Qarabağ”ın hücumçusu Albaniya klubuna keçə bilər Tofiq Karayev mükafatı uğrunda Azərbaycan çempionatı keçiriləcək ABL: "Neftçi" "Abşeron"la üz-üzə "Səbail"də yeni transfer - Rəsmi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью