“Zirə”nin hücumçusu 50 yə çatdı

23.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Zirə”nin futbolçusu Davit Volkov qəsəbə klubunun heyətində 50-ci qolunu vurub.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının XII turuna təsadüf edib. Gürcüstanlı hücumçu “İmişli” ilə səfər görüşündə (2:2) qol sevinci yaşayıb.

Volkov “Zirə”nin heyətində meydana çıxdığı 156-cı matçda “50”yə çatıb. Premyer Liqada 42 (124 oyun) dəfə fərqlənən forvard ölkə kubokunda 3 (18 oyun), avrokuboklarda 5 (14 oyun) dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, “Zirə”də ilk qolunu 2020-ci il matın 8-də “Səbail”lə səfərdəki çempionat matçında vuran hücumçu klubunun tarixinin ən yaxşı bombardiridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью