“Zirə”nin kapitanı: “Bundan sonra “Osiyek” haqda düşünəcəyik”

19.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Zirə” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Xorvatiyada “Osiyek”lə heç-heçə edib – 1:1.

“Qartallar”ın kapitanı Qismət Alıyev “FutbolPress“ə açıqlamasında oyunu şərh etdi:

“Bilirdik ki, çətin səfər olacaq. Oyuna istəkli hazırlaşmışdıq, bütün diqqətimizi rəqibə yönəltmişdik. “Osiyek” təcrübəli komandadır. Cavab görüşünə yaxşı hazırlaşacağıq.

İndi qarşıda çempion oyunu var. Bütün fikrimiz “Sabah”dadır. Bundan sonra “Osiyek” haqda düşünəcəyik. Çalışacağıq ki, meydanda ən yaxşısını edən tərəf olaq və mərhələ keçək”.

“Zirə” – “Osiyek” oyunu avqustun 15-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью