“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur

16.06.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 iyun, AZƏRTAC

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mərasimdə Azərbaycan təmsilçisi “Zirə”nin rəqibi müəyyənləşəcək.

Bakı klubu püşk zamanı səpələnmişlər səbətində yer alacaqlar. Komandanın potensial rəqibləri "Torpedo" (Kutaisi, Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Virtus" (San Marino), "Liepaya" (Latviya), "İlves" (Finlandiya), "Konnahs-Kuey Nomads" (Uels), "Bohemians" (İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "İnter" (Turku, Finlandiya), "Malişeva" (Kosovo), "Yelimay" (Qazaxıstan), "Dinamo Siti" (Albaniya), "UNA Strassen" (Lüksemburq), "Hegelmann" (Litva), "Peynbont" (Uels), "NSİ" (Runavik, Farer adaları), "Sileks" (Şimali Makedoniya), "Mornar" (Monteneqro), "Qlentoran" (Şimali İrlandiya), "Marsaxlokk" (Malta), "Nomme Kalju" (Estoniya), "Elbasani" (Albaniya), "Karnarvon Taun" (Uels), "Mondorf" (Lüksemburq) və "Petrovats" (Monteneqro) kollektivləri olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin matçları iyulun 9-u və 16-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью