Zirənin legioneri 90 dəqiqə oynadı

15.11.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Zirə"nin müdafiəçisi Ange Mutsinzinin də formasını geyindiyi Ruanda millisi ötən gecə Afrika Millətlər Kubokunun seçmə mərhələsində 5-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda evdə Liviya ilə qarşılaşıb. Oyun Liviyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Mutsinzi  meydana start heyətdə çıxıb və sonadək oynayıb. 

Qeyd edək ki, 5 oyundan sonra 5 xal toplayan Ruanda 3-cü pillədə qərarlaşır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью