Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Zirə”nin futbolçusu Quima Mozambik millisində qol vurub.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunda Sudanla matçda fərqlənib. O, 58-ci dəqiqədə komandasının üçüncü qoluna imza atıb. Quima görüşdə bir də məhsuldar ötürmə müəllifi olub.
Mozambik yığmasında çıxış edən “Qarabağ”ın legioneri Bruno Lanqa da görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Mozambik J qrupunda Seneqal, Sudan və Efiopiya ilə mübarizə aparır. Komanda 2 turdan sonra 4 xalla ikincidir.
Quimanın qoluna buradan baxa bilərsiniz.