Zirənin legioneri Nigeriyaya qol vurdu

18.11.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə"nin müdafiəçisi Ange Mutsinzinin çıxış etdiyi Ruanda millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində 6-cı tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə Nigeriya ilə qarşılaşıb. Oyun Ruanda millisinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Meydana start heyətdə çıxan və sonadək oynayan Mursinzi 72-ci dəqiqədə komandasının bərabəlik qolunu vurub.

Qeyd edək ki, 6 oyundan sonra 8 xal toplayan Ruanda 3-cü pillədə qərarlaşır. 11 xalla lider olan Nigeriya isə ötən turdan pley-offa vəsiqəni təmin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью