Zirənin legioneri Nigeriyaya qol vurdu, komandası qazandı

19.11.2024

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Zirə"nin müdafiəçisi Ange Mutsinzinin şərəfini qoruduğu Ruanda millisi Nigeriyanın qonağı olub.

Sportal.az xəbər verir ki, Angenin komandası Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 6-cı turunda üz-üzə gəldiyi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Mutsinzi meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 72-ci dəqiqədə komandasının bərabəlik qolunu vurub.

Altı oyundan sonra 8 xal toplayan Ruanda 3-cü pillədə qərarlaşır. 11 xalla lider olan Nigeriya isə ötən turdan pley-offa vəsiqəni təmin edib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью