“Zirə”nin məşqçisi “Srvena Zvezda”nın bazasında olub

30.12.2024

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Zirə”nin əvəzedici komandasının fiziki hazırlıq üzrə məşqçisi Toğrul Bilallı və “Difai”nin məşqçisi Tural Lətifov dekabrın 13-18-i aralığında Serbiyada olub.

Əsas hədəf Avropada ad çıxaran “Srvena Zvezda”nın akademiyası ilə tanışlıq, onun iş prinsiplərini öyrənmək idi. Həmvətənlərimiz akademiyanın fiziki hazırlıq üzrə məşqçisi Nikola Serpak ilə görüşüb, fikir, təcrübə mübadiləsi aparıb, Belqrad klubunun bazası, infrastrukturu ilə tanış olublar.
Toğrul bəyin "Football-plus.az"a verdiyi bilgiyə görə, Serbiyadan zəngin təəssüratla qayıdıb. Orda öyrəndiklərini isə yaxın gələcəkdə “Zirə”də tətbiq etməyə çalışacaq.
ORXAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью