“Zirə”nin müdafiəçisi: “İlk oyunda qələbə heç nəyə zəmanət vermir”

15.07.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə"nin müdafiəçisi Anje Mutsinzi Konfrans Liqasının birinci təsnifat mərhələsinin Gürcüstan təmsilçisi "Torpedo Kutaisi" ilə ikinci oyunu ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, oyunöncəsi mətbuat konfransında Azərbaycan klubunun oyunçusu ilk oyunda 3:0 hesablı qələbənin komandanın növbəti mərhələyə yüksəlməsinə zəmanət vermədiyini vurğulayıb.

"Yaxşı komanda ilə qarşılaşırıq. Təəssüf ki, ilk oyunda qələbə növbəti mərhələyə yüksəlməyimizi təmin etmir. Sona qədər mübarizə aparacağıq. İlk oyunun uğurlu nəticəsinə baxmayaraq, meydana yalnız qələbəni düşünərək çıxacağıq", - Mutsinzi bildirib.

Bu komandalar arasındakı ilk matç 3:0 hesabı ilə “Zirə”nin xeyrinə başa çatıb.

“Torpedo” - “Zirə” oyunu iyulun 16-da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью