“Zirə”nin müdafiəçisi Nigeriyaya qarşı oynadı | Icma.az
Icma.az, Qol.az portalına istinadən məlumat yayır. Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
QOL.az xəbər verir ki, C qrupunda yer alan Ruanda millisi səfərdə Nigeriya ilə üz-üzə gəlib.
“Zirə”dən Ruanda millisinə dəvət alan Anje Mutsinzi da bu görüşün iştirakçısı olub.
Meydana start heyətində çıxan müdafiəçi görüşü əvəzolunmadan keçirib. Matç Mutsinzinin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu yenilgidən sonra 8 xalda qalan Ruanda millisi qrupda dördüncüdür. Xallarının sayını 10-a çatdıran Nigeriya isə üçüncü pilləyə yüksəlib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu