“Zirə”nin potensial rəqibləri qarşılaşdılar: “Rapid” üstün oldu

23.07.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk qarşılaşmaları çərçivəsində Andorranın “Santa-Koloma” komandası Avstriyanın “Rapid” klubunu qəbul edib.

İdman.Biz bildirir ki, qarşılaşma 3:1 hesabı ilə qonaqların xeyrinə qurtarıb.

Qolları meydan sahiblərindən Predraq Munyos (54), qonaqlardan isə Serj-Filipp Ro-Yao (50), Yusuf Demir (56) və Mulaye Haydara (89) vurublar.

Komandaların cavab görüşü bir həftədən sonra olacaq.

Bu cütlüyün qalibi “Zirə” - “Payde” qarşılaşmasının üstün tərəfi ilə Konfrans Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gələcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью