“Zirə”nin rəqibi superkuboku qazandı

02.07.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Torpedo” Gürcüstan superkuboku uğrunda final oyununa çıxıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, Kutaisi təmsilçisi həlledici matçda “İberia” ilə qarşılaşıb. Dörd gün əvvəl yarımfinalda kubokun sonuncu qalibi “Dila”nı məğlub edən (1:0) “Torpedo” bu dəfə də meydandan qalib ayrılıb.

Əsas vaxtı 2:2 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında “Torpedo” qələbə qazanaraq (6:5) superkuboka sahib olub.

Xatırladaq ki, “Zirə” ilə “Torpedo” arasında ilk matç iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-sı Kutaisidə keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью