“Zirə”nin Rikardo Fernandes sevgisi baş tutmadı

19.06.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Şamaxı"nın qapıçısı Rikardo Fernandesin "Zirə"yə transferi baş tutmayıb. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin rəhbərliyi 31 yaşlı qolkiperlə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Klub rəhbərliyi müqaviləsi davam edən futbolçunu azad agent kimi buraxmaq niyyətində deyil. İdarəçilər hesab edirlər ki, "Zirə" portuqaliyalı qapıçını heyətinə qatmaq istəyirsə, bunun müqabilində transfer haqqı ödəməlidir.
Bu səbəbdən tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnməyib və keçid baş tutmayıb.
Qeyd edək ki, Rikardo Fernandes 2024-cü ildən "Şamaxı"nın formasını geyinir. Təcrübəli qolkiperin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью