“Zirə”nin sabiq futbolçusu ölkəmizdə QAYIDA BİLƏR

30.01.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mövsümün əvvəlində "Zirə"ni tərk edərək Yunanıstanın "Panserraikos" komandasına keçən Dimitrios Çantakias klubsuz qalıb. Yunan müdafiəçi yayda Superliqa təmsilçisi ilə bir illik müqaviləyə qol çəksə də, artıq oradan ayrılıb.
Bizim.Media xəbər verir ki, 30 yaşlı futbolçuya Azərbaycan Premyer Liqasında yarışan komandalar maraq göstərir.
Çantakiasın "Səbail"ə keçmək ehtimalı da qüvvədədir. "Zirə"nin sabiq üzvü hazırda klublarımızdan olan təklifləri də götür-qoy etməkdədir.
Qeyd edək ki, müdafiəçi “Panetolikos”, “Fokikos”, “Kerkira” və “Çerno More”də oynadıqdan sonra 2020-ci ildə “Zirə”yə keçmiş və 4 il bu komandanın formasını geyinmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью