“Zirə”nin sabiq legioneri: “Azərbaycan futbolunu yaxından izləyirəm”

26.12.2024

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan çempionatının bütün oyunlarını izləyirəm. “Zirə”nin bu mövsümkü çıxışını qənaətbəxş hesab edirəm”,

Bu sözləri “FutbolPress“ə açıqlamasında “Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake dedi. Hazırda Rumıniya II Liqasında “Konkordiya”ya rəhbərlik edən mütəxəssis sabiq klubundan bir neçə oyunçunu bəyəndiyini söylədi:

“Azərbaycan futbolunu yaxından izləyirəm. Komandaların nəticələri ilə tanışam. Bu mövsüm “Araz-Naxçıvan” yaxşı çıxışı ilə diqqət çəkir. “Qarabağ” isə həmişəki kimi zirvədədir. Ümumiyyətlə, maraqlı çempionat keçir. “Zirə”nin də çıxışı qənaətbəxşdir. Bu komandadan bir çox oyunçunu bəyənirəm. Ümumilikdə, Premyer Liqanızda maraqlı oyunçular var. Biz özümüz diqqəti gənclərə vermişik və Azərbaycandan hansısa oyunçunu heyətimizdə düşünmürük. Lakin yenə deyirəm, bəyəndiyim oyunçular çoxdur”.

Mütəxəssis “Qarabağ”ın Avropa Liqasında “Styaua”ya qarşı keçirəcəyi oyundan da gözləntilərini bölüşdü:

“Maraqlı oyun olacaq. “Styaua” bu mövsüm yaxşı çıxış edir. “Qarabağ” da həmişəki kimi gözəl futbol oynayır. Komandaların şanslarını bərabər hesab edirəm”.

Əsas xəbərlər, Manşet, Premyer liqa Turun dəyərləndirməsi: “Komandanı gücləndirə bilməzlərsə, çox çətin olacaq”

24 Dekabr 2024, 11:25

Əsas xəbərlər, Ölkə futbolu “Zirə”nin qış hazırlığı məlum oldu

23 Dekabr 2024, 14:22

Əsas xəbərlər, Manşet, Premyer liqa İlin son turunda yaşananlar

23 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Ölkə futbolu Bayramov ölkə çempionatında 100-cü matçını keçirdi

22 Dekabr 2024, 21:56

Əsas xəbərlər, Manşet, Premyer liqa Tovuzda xallar bölündü, Bayılda qonaqlar qazandı

22 Dekabr 2024, 12:25

Əsas xəbərlər, Ölkə futbolu Rəşad Sadıqov: “İkinci hissədə pauzalar çox oldu”

21 Dekabr 2024, 21:08

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью