“Zirə”nin şikayətinə baxıldı

22.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Zirə” klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilovla bağlı şikayəti qismən təmin edilib:

2. 12 aprel 2025-ci il tarixdə AFFA U-17 Liqasında keçirilən Zirə PFK-Qarabağ PFK oyununun 79-cu dəqiqəsində Zirə PFK komandasının 34 nömrəli futbolçusu Qurban Cəlilov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması (maddə 43.1) barədə AFFA İntizam Komitəsinin 16 aprel 2025-ci il tarixli qərarı dəyişdirilərək 3 oyunluq cəzanın 2 oyunu şərti tətbiq edilsin.
3. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 16 aprel 2025-ci il tarixdən hesablansın.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью