“Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək

27.06.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Zirə”nin Kutaisi “Torpedo”su ilə hər iki oyununu idarə edəcək hakimlər müəyyənləşib. İyulun 8-də keçiriləcək ilk oyun üçün Sumqayıta Finlandiyadan olan hakimlər briqadası gələcək. Baş hakim Yoni Hyuyutiyaya laysmanlar Veli-Matti Leppyanen və Yuuso Mantere yardım edəcək. Dördüncü hakim isə Peyman Simani olacaq.
İyulun 16-da Kutaisidə keçiriləcək görüşdə ədaləti macarıstanlı hakimlər briqadası qoruyacaq. Baş hakim Mihali Kapraliyə yan xətt hakimləri İstvan Albert və Bense Belitsa kömək edəcək. Dördüncü hakim isə Marsell Derdak olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью