“Zirə”nin yarımmüdafiəçisi üçün 56 dəqiqə | Icma.az
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq. Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
QOL.az xəbər verir ki, G qrupunda yer alan Mozambik millisi səfərdə Uqanda ilə üz-üzə gəlib.
“Zirə”dən Mozambik millisinə dəvət alan Rikardo Martins Gimaraynş da bu görüşün iştirakçısı olub.
Meydana start heyətində çıxan yarımmüdafiəçi 56-cı dəqiqədə Manuel Kambala ilə əvəzlənib.
Matç Mozambik yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Seçmə mərhələdə ardıcıl ikinci matçda uduzan Rikardo Martins Gimaraynşın komandası qrupda üçüncü yerə düşüb.
12 xala malik Mozambik sona 3 tur qalmış turnir cədvəlində Uqanda və Əlcəzairdən geri qalır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu