“Zirə”nin yay planı məlum oldu

12.06.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Zirə”nin yay hazırlıq planı bəlli olub.

Futbolpress.az xəbər verir ki, komanda iyunun 14-də çalışmalara start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək “qartallar” iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. “Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq “Zirə” bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul( iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi hələ məlum deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью