“Zirə”nin yeni transferi bu qədər qazanacaq

26.05.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Şamaxı”nın futbolçusu Brahim Konate komandadan ayrılacaq. Oyunçu bölgə klubu ilə vidalaşsa da, karyerasını Azərbaycanda davam etdirəcək.

O, “Zirə” ilə razılığa gəlib. Yarımmüdafiəçi yeni mövsümdən qəsəbə təmsilçisinin formasını geyinəcək. Konatenin yeni klubunda qazanacağı məbləğ də bəlli olub.

O, “Zirə”də aylıq 14 min dollar maaş alıb. Tərəflər bu əmək haqqı qarşılığında əl sıxışıblar.

Xatırladaq ki, fransalı futbolçu cari mövsüm “Şamaxı” forması ilə keçirdiyi 29 oyunda 8 qol vurub.

İdmanxeber.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью