“Zirə”nin yeni transferi Mozambik yığmasına dəvət alıb

12.03.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Zirə” klubunun yeni transferi Rikardo Martins Gimaraynş milliyə dəvət alıb. SİA Afrika Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Mozambik millisinin dünya çempionatının seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.

Mozambik kollektivi martın 20-də Uqanda, 25-də isə Əlcəzairlə üz-üzə gələcək. 29 yaşlı oyunçu martın 16-da yığmanın düşərgəsinə qoşulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью