Zirənin zədəli futbolçusu cari ili başa vurub

05.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XV turunda "Sumqayıt"la keçirilən oyunda zədələnərək meydanı tərk edən "Zirə"nin futbolçusu Rafael Utziq cari ili başa vurub.

Bu barədə "Report"a klubun mətbut xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

Klub rəsmisi braziliyalı hücumçunun 2024-cü ildə "Zirə"nin heyətində son 1 matçda meydana çıxmaq ehtimalından danışıb:

"Aparılan müayinədən sonra futbolçunun cari ili başa vurduğu məlum olub. Lakin hadisələr müsbət yöndə cərəyan edərsə Utziq ilin sonunda 1 görüşdə meydana çıxa bilər. Lakin bu ehtimal olduqca aşağıdır".

Qeyd edək ki, Rafael Utziq "Sumqayıt"a qalib gəldikləri (4:1) oyunun 22-ci dəqiqəsində zədələndiyi üçün Eldar Quliyevlə əvəzlənib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью