Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze qış transfer pəncərəsində klubdan ayrıla bilər.
QOL.az xəbər verir ki, futbolçunu transfer etməyə hazırlaşan klublardan biri “Everton”dur. Mersisayd təmsilçisi yanvarda hücum xəttini gücləndirməyi planlaşdırır. Komanda əvvəlcə “Arsenal”ın forvardı Qabriel Jesusu transfer etmək istəsə də, London klubunun baş məşqçisi Mikel Arteta braziliyalı futbolçunu komandada saxlamağa qərar verib. Bu səbəbdən “Everton” diqqətini digər namizədlərə yönəldib və siyahıda Coşua Zirkzenin də adı var.