Zirkze “Yunayted”dən ayrılır?

28.07.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Yuventus” “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzenin transferini başa çatdırmağa yaxındır.

Apasport.az xəbər verir ki, niderlandlı hücumçu qarşıdakı mövsümü icarə əsasında “qoca sinyora”nın heyətində keçirəcək.

Məlumata görə, Turin klubu mövsümün sonunda 25 yaşlı futbolçunun transfer hüququnu 20 milyon avroya almaq imkanına da sahib olacaq.

Qeyd edək ki, Zirkze 2024-cü ilin iyulundan “Mançester Yunayted”in formasını geyinir. Onun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 26 oyunda meydana çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mançini yenidən İtaliya millisinin baş məşqçisi oldu "Mançester Siti"dən Rodri açıqlaması - Əməliyyat olundu "Çempionlar Liqasına hazırıq" - Talişkadan iddialı açıqlama "Fənərbaxça"dan Kante və Şeriflə bağlı açıqlama Zidanın Fransa macərası Türkiyədə başlayacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью