Zirkze Yuventusa keçə bilər

27.11.2024

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze "Yuventus"a keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin klubunun nümayəndələri artıq hollandiyalının meneceri ilə danışıqlara başlayıb.

Coşua Zirkze bu ilin iyul ayında Bolonyadan 42,5 milyon avroya "Mançester Yunayted"ə keçib.

Forvard mankunianlıların heyətində bütün yarışlarda 18 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

"Transfermarkt" mütəxəssisləri futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью