futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasında IV tur başa çatıb.
Futbolpress.az xəbər verir ki, bombardirlər siyahısında birinci pillədə Breno Almeyda qərarlaşıb. Braziliyalı hücumçunun aktivində 5 qol var.
İkinci sırada 4 qolla “Sabah”ın forvardı Coy-Lens Mikels yer alır. “Üçlüy”ü 2 qolla “İmişli”dən Dioqo Almeyda tamamlayır.
Ümumilikdə, “altılıq”da azərbaycanlı futbolçu yoxdur. Müvafiq olaraq 4, 5 və 6-cı pillələrdə Alan Şkribek (“Neftçi”), Renald Sefas (“Qarabağ”) və Eren Aydın (“Zirə”) qərarlaşıb. Hər üç oyunçunun aktivində 3 qol var.
Premyer Liqa klublarında yerli hücumçu çatışmazlığı var. Klubların heyətində yer alan azərbaycanlı forvardlar isə adətən ehtiyat oyunçu statusundadır. “Araz-Naxçıvan”dan Ağadadaş Salyanski, “İmişli”dən Seyxan Fərəcov hərəyə bir dəfə qol hesabını açsa da, komandanın əsas “qol ümidi” deyil.
Mövsüm yeni başlasa da, görünən odur ki, daha bir ili bombardirlər siyahısının zirvəsində əcnəbilər olacaq. İddialı klublar legioner hücumçulara güvənir. Autsayderlərdə də situasiya eynidir, lakin onların da ümumiyyətlə qol vurmaq problemləri var.
Şahin Cəfərov