“Zirvəyə bir addım qalmışdı, lakin məni geri dönməyə məcbur etdilər” Antarktidadan ə MÜSAH…
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Elmira Aslanova - Everestə qalxan ilk azərbaycanlı qadındır.
Bir neçə gün əvvəl alpinist Antarktidanın ən hündür nöqtəsi olan Vinson zirvəsinə (4892 metr) də qalxıb.
O, bu səfərə “7 zirvə” layihəsi çərçivəsində yollanıb. Layihənin məqsədi hər bir qitənin ən yüksək nöqtəsini fəth etməkdir.
Elmiranın Antarktidaya çatması “ALE” (Antarctic Logistics & Expeditions) şirkəti sayəsində mümkün olub.
Bu şirkət qitəyə uçuşları həyata keçirən yeganə təşkilatdır və fəaliyyəti qlobal elmi proqramlar və beynəlxalq razılaşmalarla tənzimlənir.
Antarktidada olarkən Elmira Aslanova İdman.Biz-ə Vinsonun zirvəsinə qalxması barədə danışıb.
- Antarktidada yüksəlişə hazırlığın özəlliyi nədədir? - Vinson dağına qalxmağı çətinliyi ekstremal hava şəraiti ilə seçilir.
Hazırda burada qütb yay mövsümüdür, günəş batmır, sadəcə dairəvi hərəkət edir, amma temperatur yenə də çox aşağıdır: minimum –25°C, zirvədə isə –30–40°C olur.
Tam oxu
Xəbəri oxu