“Zirzəmi”də kritik duel, “Qəbələ” qələbə arzusunda

07.11.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında 10 turdan sonra qələbəsi olmayan “Araz-Naxçıvan” 3 xalla sonuncu sıradadır.

Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv bu gün XI tur çərçivəsində 11-ci pillədəki “Şəfa” ilə qarşılaşacaq. Bakılılar rəqibini bir xal üstələyir.

Sumqayıtda, “SOCAR Polymer Arena”da baş tutacaq oyuna saat 16:00-da start veriləcək.

“Şəfa” bu mövsüm 10 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bu matçlarda 6 qol vurub, 18-ni buraxıb.

“Araz-Naxçıvan” isə 3 heç-heçə edib, 7 dəfə uduzub. Yuri Maksimovun gəlişindən sonra ilk xalını ötən turda “Zirə” ilə matçda qazanan komanda ümumilikdə 9 qol vurub, 21-ni buraxıb.

Heyətin keyfiyyətinə görə, “Araz-Naxçıvan” bugünkü görüşdə bir addım öndədir. “Şəfa” yeni formalaşıb və xüsusilə, transferlərin uyğunlaşmasında sıxıntılar var. Ardıcıl 7 matçdakı məğlubiyyətdən sonra ilk xal ötən turda qazanıldı. Bakı təmsilçisi “Sumqayıt”la üstün oynadığı matçda bir xal əldə etdi. Bir neçə topu dirəkdən qayıdan bakılıların qələbəsinə bəxt amili də əngəl oldu.

Günün digər matçında “Zirə” “Qəbələ”ni qəbul edəcək. Qonaqlar son iki oyunda 4 xal qazanıb. “Araz-Naxçıvan”a səfərdə qalib gələn bölgə təmsilçisi evində isə “Qarabağ”dan xal qoparmağı bacarıb.

“Zirə” isə qeyri-stabil nəticələrlə diqqət çəkir. Komandanın əsas sıxıntısı heyətlə bağlıdır. İtkilər fonunda komplektləşə bilməyən “qartallar” ötən turda problemlərə baxmayaraq, “Araz-Naxçıvan”dan 0:2-dən geridönüş edərək xal aldı.

Bugünkü matçın favoriti “Zirə”dir. Rəşad Sadıqovun yetirmələri doğma divarlar arasında daha inamlı təsir bağışlayır. “Qəbələ” isə hər an sürpriz edə biləcək potensialdadır və bu oyunda qazanacaqları qələbə sürpriz hesab edilməyəcək.

Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyuna saat 18:30-da start veriləcək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью