Zirzəmidə tapılan körpə ilə bağlı rəsmi açıqlama KONKRET

13.10.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevir şəhərində zirzəmidə köməksiz vəziyyətdə tapılan körpə ilə bağlı müvafiq addımlar atılacaq.

KONKRET.az bildirir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsisteminə məlumat daxil olan kimi Agentliyin əməkdaşları prosesə cəlb olunub:

“Əməkdaşlarımız tərəfindən sözügedən uşağın yerləşdirildiyi səhiyyə müəssisəsinə baş çəkilib və körpənin ilkin qiymətləndirilməsi aparılıb. Müayinə, müalicə və qiymətləndirmə prosedurları bitdikdən sonra körpənin yaşına və sağlamlıq vəziyyətinə uyğun olaraq müvafiq addımlar atılacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью