Ziya bu maddələrlə bəraət aldı Amma cəzası artırıldı

27.10.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Model sevgilisi Raziyyat Əliyevanı (Razi) döymə və digər cinayətlərdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Ziyaya hədə-qorxu ilə tələb etmə, oğurluq və əmlakı məhvetmə maddələri ilə bəraət verilib. 

O, bundan əvvəl dələduzluq, külli miqdarda qanunsuz kredit alma və digər ittihamlarla təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

İndiki hökmlə təqsirli bilindiyi cinayətlərlə onun cəzası 1 il artırılaraq 9 il 6 ay təyin edilib.

Qeyd edək ki, iş adamı Ziya Hüseynzadə 3 ildir həbsdədir.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью