Ziya Bünyadov prospektində boya mağazası yanır, 18 texnika cəlb olunub, qərargah yaradılıb…
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nərimanov rayonu Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə obyektdə baş verən yanğın davam edir.
APA-nın ərazidə olan əməkdaşı xəbər verir ki, yanğınla bağlı hadisə yerində FHN-nin qərargahı yaradılıb.
Hazırda yanğının yayılmaması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, ətraf obyektlər boşaldılır.
*** 13.59 Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
APA nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək. *** 13.45 Bu gün saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu
Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Tam oxu
Xəbəri oxu