Ziya Bünyadov prospektində qəza olub, sıxlıq yaranıb VİDEO

18.04.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Poladəritmə Zavodunun yaxınlığında qəza baş verib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

"Nəqliyyat vasitələrinin daha çox istifadə etdiyi çox zolaqlı belə yollarda qəza olduqda, yaranan sıxlıq bitşik digər küçə və prospektlərdə də ləngimələrə səbəb olur. Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı şəkildə gördüyü tədbirlər nəticəsində qısa müddət ərzində yolda intensivlik bərpa olunub", məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью