Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir VİDEO

29.10.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində yağış barmaqlığının qapağının olmaması sürücülər üçün problem yaradıb.

Avtosfer.az xəbər verir ki, ərazidən keçən vətəndaşlardan biri mövcud vəziyyəti lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.

Kadrlardan görünür ki, yolun hərəkət hissəsində yerləşən yağış barmaqlığının qapağı yoxdur. Bu isə sürücülərin avtomobilləri ilə həmin hissədən keçərkən qəza riski ilə üzləşməsinə səbəb olur.

Şikayətçinin sözlərinə görə, artıq bir neçə sürücünün avtomobili açıq qalmış barmaqlığa düşərək zədələnib və nəticədə onlar maddi ziyanla üzləşiblər.

O, sürücüləri prospektin həmin hissəsindən keçərkən diqqətli olmağa çağırıb.
                                                                       Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228318.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью