Ziya Bünyadov və Heydər Əliyev prospektlərində qəza olub

21.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Paytaxtın Ziya Bünyadov və Heydər Əliyev prospektində yük avtomobillərinin iştirakı ilə iki qəza baş verib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol-nəqliyyat hadisələrinin baş verməməsi, tıxac və sıxlıqların yaranmaması üçün bir daha müraciət edir: İlk növbədə şəxsi avtomobildən istifadə etməməyə çalışın, əgər yola çıxmısınızsa, zəruri ara məsafəsi saxlayın, ötmə əməliyyatları və manevrlərdən çəkinin, sürət həddinə ciddi riayət edin", NİİM-dən bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью