Ziya Bünyadovda qəza: 6 maşın bir birinə girdi VİDEO

31.08.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 30-da axşam saatlarında tuneldə qeydə alınıb. Belə ki, hərəkətdə olan “DAF” markalı, “Mercedes” markalı, 99-OG-211 dövlət nömrə nişanlı “Toyota” markalı, “Mercedes” markalı, “Honda” markalı və 77-XQ-953 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillər toqquşub. İddialara əsasən, qəzaya səbəb ara məsafəsinin düzgün seçilməməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Qeyd edək ki, qəza səbəbindən tuneldə bir müddət nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью