Ziya Hacılı baş katib təyin olundu

05.12.2024

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi vəzifəsinə yeni təyinat olub.

Ölkə.az bu barədə Konfederasiyaya istinadən xəbər verir.

Məlumata görə, qurumun prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.

O, əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasında başlayıb, Fövqəladə Hallar Nazirliyinin Katibliyinin rəis müavini, Azərbaycan Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb, bu ilin aprelindən Konfederasiya prezidentinin müşaviri təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью