Ziya Hacılıya yüksək vəzifə verildi

05.12.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ziya Cahangir oğlu Hacılı ​Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi vəzifəsinə təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə qurumun prezidenti Məmməd Musayev müvafiq əmr imzalayıb.

Z.Hacılı əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasında başlayıb. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Katibliyinin rəis müavini, Azərbaycan Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb. Bu ilin aprelindən isə Konfederasiya prezidentinin müşaviri təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью